Qırmızı Siyahı

Qırmızı Siyahı qarət edilmiş və qeyri-qanuni çıxarılan mədəni obyektləri təqdim edən siyahıdır. Bu siyahı individual şəxslərə, təşkilatlara və hakimiyyət orqanlarına (polis və gömrük işçilərinə) təhlükədə olan obyektləri müəyyən edib onları qeyri-qanuni satışdan və eksportdan qorumağa imkan yaradan bir təcrübədir.

Qırmızı Siyahı qeyri qanuni daşımalara məruz ola biləcək qeydə alınmış obyektlərin siyahısıdır.

İCOM milli və beynəlxalq ekspertlərin dəstəyi ilə artıq 2000-ci ildən başlayaraq Qırmızı Siyahıları nəşr edib dünyanın ən təhlükəli ərazilərində mədəni sərvətlərin qeyri qanuni daşımaların qarşısını almaq üçün bir vasitədir.

Siyahılar müxtəlif dillərdə və kontekstlərdə nəşr olunur və minlərlə mədəni obyktlərin identifikasiyası, bərpası və restitusiyası üçün xidmət göstərmişdir.