Təxliyyə qaydaları

Bu nəşr UNESCO və ICCROM tərəfindən 2018-ci ildə dərc olunmuşdur. Bu məlumat kitabçası mədəni sərvətlərin fövqəladə hallarda düzgün təxliyyəsi üçün təlimatları addım-addım təqdim edir.

 

Bu nəşrin əsas məqsədi müvafiq təşkilatların və əməkdaşların fövqəladə hallar zamanı mədəni sərvətlərin məhv və qarət edilməsinin qarşısını almaq üçün köməklik göstərməkdən ibarətdir. Eyni zamanda bu məlumat kitabçası təlimat və mədəniyyət obyetlərində fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuşdur. Kitabçada fövqəladə təxliyyənin düzgün təşkili və həyata keçirilməsinin müxtəlif vacib aspektlərinə toxunulur. Bu nəşrdə əlbəttə ki, mədəni sərvətlərin fövqəladə təxliyyə zamanı prioritetləşdirilməsi haqqında instruksiyalar təqdim etmir. Çünki bu cür prioritetləşdirmə mədəniyyət obyektlərinin hər tərəfli qiymətləndirilməsi əsasında həyata keçirilməlidir. Bu məlumat kitabçası diqqəti fövqəladə prosedurların bu vacib mərhələsinə cəlb edərək, əsas və ilkin məlumatları təqdim edir

Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları

"Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları" 2019-cu ildə Azərbaycan Milli İncəsənən Muzeyinin "Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların görünən effektlərdən qorunması" adlı layihəsi çərçivəsində tərcümə olunmuşdur.