Azərbaycanda xüsusi mühafizə

Bu gün YUNESKO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına 17 mədəni mülkiyyət daxildir ki, bunlardan ikisi Azərbaycana məxsusdur. Bu mədəni mülkiyyətlərin siyahısı təşkilatın saytında yerləşdirilib.

1999-cu il tarixli İkinci protokolun 10-cu və 11-ci maddələrində gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin siyahıya salınması proseduru təsbitedilib. Gücləndirilmiş mühafizə yalnız komitə tərəfindən silahlı münaqişə zamanı həmin mədəni mülkiyyətin qorunması məqsədilə verilə bilər.

Bu, ikinci protokola üzv və aidiyyəti mədəni mülkiyyətlər üzərində səlahiyyəti və ya nəzarəti olan dövlətin tələbi ilə və ya Blu Şild Beynəlxalq Komitəsinin və digər səlahiyyətli beynəlxalq qeyri-hökumət təşkilatlarının komitəyə tövsiyəsi ilə mümkündür. İkinci protokolun 10-cu maddəsinə görə mədəni mülkiyyətlər, eyni zamanda, aşağıdakı üç şərtə də uyğunolmalıdır: mədəni mülkiyyət bəşəriyyət üçün son dərəcə əhəmiyyətlidir; o, adekvat hüquqi və administrativ tədbirlərlə müstəsna mədəni və tarixi dəyər kimi tanınır vəson dərəcə yüksək mühafizə ilə təmin olunur; hərbi məqsədlər və ya hərbi obyektləri müdafiə üçün istifadə olunmur. Yuxarıda adları sadalanan təşkilatların tələbinin qiymətləndirilməsindən sonra komitə üzvlərinin üçdəiki səs çoxluğu ilə həmin mədəni mülkiyyətə gücləndirilmiş mühafizə statusu verilib–verilməməsi ilə bağlı qərar qəbul edilir.

Qobustan

Qobustan Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskənidir. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir.

Daha Ətraflı

Şirvanşahlar Sarayı Kompleksi

Bakının XV əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar tikilmişdir. Şirvanşahlar saray kompleksinin əsası Azərbaycan tarixində ən uzunömürlü dövlət olan Şirvanşahlar dövlətinin başçısı Şirvanşah I Şeyx İbrahimin dövründə qoyulub.

Daha Ətraflı