Fokusda Olan

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrini qəddarcasına uçurub dağıtmışlar.

Daha Ətraflı

 

Yer kürəsinin istənilən nöqtəsində mədəni irsinin itirilməsi bəşəriyyət üçün böyük faciədir. Tarixi-mədəni irsinin məhv edilməsi gələcək nəsillərin keçmişi ilə birləşdirən vacib əlaqələrin itirilməsidir. Yoxa çıxmış hər bir artefakt - qırılmış əlaqə, bitmiş tarixçə, danışılmamış hekayə, araşdırılmamış tapmacadır.

Bu gün yaşayan hər bir insan gələcək nəsillər qarşısında tarixi mədəni irsin qorunması üçün böyük məsuliyət daşıyır.

MƏDƏNİ İRS

Dünya xalqlarını birləşdirən universal dəyər

Tarixi-mədəni irsi silahlı münaqişə, təbii fəlakət və ya fövqəladə halların təsirlərindən qorumaq üçün birləşmək - dünya xalqları və mədəniyyətlərinin özünüifadə, müxtəlifliyinin qorunmasına böyük tövhədir.

Risklərin araşdırması Preventiv tədbirlər İnstitusional əməkdaşlıq və mədəniyyət üçün təcili yardım Təhliyyə qaydaları Təhlükəsiz nəqliyyat Sığınacaqlarda yerləşmə və qorunma

TƏXLİYYƏ İŞİ NƏ VAXT HƏYATA KEÇİRİLMƏLİDİR?

Hər hansı muzey və ya arxeoloji sahədən təhlükə altında olan mədəni sərvətlərinin təxliyyə edilməsi qərarı olduqca vacib əhəmiyyət kəsb edir Bu qərarı qəbul edən zaman diqqətli olmadığınız təqdirdə, tələsik çəkildə edilən bir hərəkət dəyərli mədəni sərvətləri daha yeni və gözlənilməz təhlükə altında sala bilər. Ona görə də bu qərar yalnız aşağıda göstərilən şərtlər yerinə yetirildiyi zaman qəbul edilməlidir.

Dəyərləndirmə aparmaq
Hazırlıq Görmək
Sənədləşmə işi aparmaq
Eksponatları başqa yerə köçürmək

“Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihənin təqdimatı keçiriləcək

24-25 oktyabr

Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək layihənin əsas məqsədi fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, və təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Daha Ətraflı